Modern.az

Britaniyada meymunçiçəyinə yoluxma sayı 1200-ü ÖTDÜ

Britaniyada meymunçiçəyinə yoluxma sayı 1200-ü ÖTDÜ

Aktual

1 İyul 2022, 21:16

Böyük Britaniyada meymunçiçəyi xəstəliyinə daha 159 yoluxma halı qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə krallığın Səhiyyə Sahəsində Təhlükəsizlik Agentliyindən bildiriblər.

 

Məlumata əsasən, ölkədə meymunçiçəyinə yoluxanların ümumi sayı 1235 nəfərə çatıb.

 

Ən çox yoluxma krallığın təxminən 85 faiz əhalisinin yaşadığı İngiltərədə qeydə alınıb. İyunun 30-da burada 1185 yoluxma halı aşkarlanıb.

 

Qeyd edilib ki, İngiltərədə meymunçiçəyinə yoluxanların 77 faizi London sakinləridir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı