Modern.az

Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olundu

Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olundu

Current

30 İyul 2022, 09:58

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 71 yanğına çıxış və14 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 15 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib. Qəbələ rayonu, Nohurqışlaq kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yolu azaraq köməksiz vəziyyətdə qalan 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

 

Həmçinin, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində 2 nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən şəxslərdən biri 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Batdığı ehtimal olunan digər şəxsin axtarışları davam etdirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı