Modern.az

Tarif Şurasının bu səlahiyyəti ləğv edildi

Tarif Şurasının bu səlahiyyəti ləğv edildi

Aktual

26 Avqust 2022, 15:30

Prezident İlham Əliyev “Telekommunikasiya haqqında” qanunun tətbiq edilməsi barədə” 9 avqust 2005-ci il tarixli fərmanında dəyişiklik edib.

 

Modern.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

 

Fərmana əsasən, radiotezliklərlə bağlı qərar vermək səlahiyyəti Tarif (Qiymət) Şurasından alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib. Amma bu qərarlar İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmalıdır.

 

Telekommunikasiya xidmətləri ilə bağlı isə qərarları isə Tarif Şurası qəbul edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı