Modern.az

Bayden Liz Trassın istefasına münasibət bildirdi

Bayden Liz Trassın istefasına münasibət bildirdi

Aktual

21 Oktyabr 2022, 12:48

ABŞ Prezidenti Co Bayden Böyük Britaniyanın Baş naziri Liz Trassın istefasını şərh edib.

 

Modern.az xəbər verir ki, Bayden onu Rusiyaya qarşı mübarizədə Ukraynaya yardım edən "əla tərəfdaş" adlandırıb.

 

“Liz Trass Rusiya və Ukraynaya münasibətdə böyük tərəfdaş idi. Britaniyalılar öz problemlərini həll etməyə hazırlaşır”, - ABŞ lideri istefa qərarına münasibət bildirib.

 

“ABŞ və Böyük Britaniya güclü müttəfiqlər və əsl dostlardır – bu, heç vaxt dəyişməyəcək. Baş nazir Liz Trassa bir sıra məsələlərdə tərəfdaşlığına görə təşəkkür edirəm. Biz Böyük Britaniya hökuməti ilə sıx əməkdaşlığımızı davam etdirəcəyik və ölkələrimizin üzləşdiyi qlobal problemlərin həlli istiqamətində birgə çalışacağıq”, - Bayden sözlərinə əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı