Modern.az

BMT Baş Assambleyasının prezidenti Azərbaycana gəlir

BMT Baş Assambleyasının prezidenti Azərbaycana gəlir

Güncel

28 Fevral 2023, 12:50

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Csaba Kőrösi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş zirvə görüşündə çıxış etmək məqsədilə martın 2-də Azərbaycana rəsmi səfər edəcək.

 

Modern.az xəbər verir ki, Prezident C.Kőrösi dünyanın COVID-19 pandemiyasının təsirlərini aradan qaldırdığı vaxtda elmə, innovasiyaya, texnologiyaya və rəqəmsallaşmaya əsaslanan “yeni reallığa” ehtiyacın olduğunu vurğulayacaq.

 

C.Kőrösinin Azərbaycanda yüksək səviyyədə görüşləri gözlənilir.

 

Qeyd edək ki, səfər martın 3-də başa çatacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı