Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
Modern.az xəbər verir ki, ağacəkmə aksiyası ETSN-in, DGK-in rəsmiləri və əməkdaşlarının, eyni zamanda könüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsində təşkil olunub.
ETSN-dən bildirilib ki, 3 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 2500 ədəd Eldar şamı və zeytun ağacı əkilib.



