Modern.az

Latviya Prezidenti Azərbaycana GƏLİR

Latviya Prezidenti Azərbaycana GƏLİR

Aktual

6 Mart 2023, 11:06

Latviya Prezidenti Eqils Levits Azərbaycana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Latviya Prezidentinin saytında məlumat yayılıb.

 

Bildirilir ki, 9-10 mart tarixlərində baş tutacaq səfər çərçivəsində Eqils Levits X Qlobal Bakı Forumunda iştirak edəcək. O, “Parçalanmış dünyada dayanıqlığın yaradılması, onun dünya sülhünə təsiri” mövzusunda çıxış edəcək. 

 

Xatırladaq ki, X Qlobal Bakı Forumu “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda keçiriləcək. Forumda enerji təhlükəsizliyi məsələləri, Avrasiya məkanında nəqliyyat dəhlizlərinin aktuallığı, Çinin qlobal inkişafda rolu və digər məsələlər müzakirə ediləcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı