Modern.az

Yol polisindən sürücülərə hava XƏBƏRDARLIĞI

Yol polisindən sürücülərə hava XƏBƏRDARLIĞI

Aktual

6 Mart 2023, 14:10

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

 

İdarədən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında eləcə də, Respublikanın digər rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb və buda sürücülərə ciddi çətinliklər yaradır.

 

"Qeyd olunanları nəzərə alaraq bütün sürücülərdən sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik", - DYP-nin müraciətində bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı