“Qarabağda gərginliyin artmasından ciddi narahatıq".
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O xatırladıb ki, martın 5-də itkilərlə nəticələnən silahlı insident baş verib. Zaxarova tərəfləri təmkinli olmağa və gərginliyi azaltmaq üçün addımlar atmağa çağırıb.
“Biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarına ciddi əməl etməyin zəruriliyini bir daha təsdiq edirik", - sözçü bildirib.