Modern.az

GDU-da maarifləndirici tədbir keçirilib

GDU-da maarifləndirici tədbir keçirilib

Aktual

13 Mart 2023, 12:10

Gəncə Dövlət Universitetində tələbələr arasında “Miqrasiya proseslərinin idarə olunmasında Dövlət Miqrasiya Xidmətinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, Gəncə regional miqrasiya idarəsinin rəisi Orxan Xıdırov çıxış edərək Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, vətəndaşlara göstərilən xidmətlər, qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri haqqında ətraflı danışıb.

 

Tədbirdə miqrasiya rejminə nəzarət bölməsinin rəisi Omar Omarov və idarənin baş inspektoru Xanlar Əsgərov Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinin əsas maddələri haqqında məlumat veriblər.

 

Sonda tələbələrin sualları cavablandırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı