Modern.az

Hacıqabulda ağacəkmə aksiyası - FOTOLAR

Hacıqabulda ağacəkmə aksiyası - FOTOLAR

Aktual

13 Mart 2023, 13:48

Hacıqabul rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı Hacıqabul-Muğan avtomobil yolun sağ və sol hissəsində, avtomobil yolu boyunca 500 ağac, o cümlədən 250 şam və 250 sərv ağacı əkilib.

 

Modern.az xəbər verir ki, aksiyada Rayon İcra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri və könüllüləri, idarə, müəssisə, ictimaiyyət nümayəndələri eləcə də rayon sakinləri iştirak edib. Ağacəkmə aksiyasında yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.

 

Aksiyanın əsas məqsədi ərazinin ekoloji tarazlığının bərpası, mövcud torpaq qatının münbitləşdirməsinə töhfə verməklə insanlar arasında ekoloji mədəniyyət hissinin təbliğ edilməsindən ibarətdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı