Modern.az

Manaf Ağayev oğlundan DANIŞDI: Toydan çıxanda içkili olub

Manaf Ağayev oğlundan DANIŞDI: Toydan çıxanda içkili olub

Aktual

14 Mart 2023, 11:30

Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayevin oğlu Müşviq Ağayev sərxoş halda avtomobil idarə etdiyi üçün dünən həbs edilib.

 

Modern.az xəbər verir ki, Manaf Ağayevin köməkçisi "Lent.az"a açıqlamasında müğənninin oğlu ilə hələ danışa bilmədiyini deyib.

 

"Qanunları pozub və buna görə də cəzalanıb. Müqavimət olmayıb. Toydan çıxanda içkili olub. Mübahisə ediblər, polis ona nəsə deyib, Müşviq də cavab qaytarıb. İndi də cəzasını çəkəcək. Beş gün azadlıqdan məhrum edilib. Burada nə var ki? Görüşməmişəm, hələ ki, görüş verilmir", - köməkçisi Manaf Ağayevin adından bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı