Modern.az

14 mart: Eynşteyn doğulur, Marks və Hokinq ölür...

14 mart: Eynşteyn doğulur, Marks və Hokinq ölür...

Aktual

14 Mart 2023, 13:22

Bu gün məşhur ingilis fiziki Stiven Hokinqin vəfat etdiyi gündür.


Modern.az xatırladır ki, müasir dövrün ən məşhur və ən nüfuzlu fizik-nəzəriyyəçilərindən biri olan Hokinq 2018-ci ilin bu günü Kembricdə dünyasını dəyişib.

 

Hokinq dünyada elmin məşhurlaşdırılmasında fəal iştirak edib. 1988-ci ilin aprelində işıq üzü görən "Zamanın qısa tarixi" adlı kitabı tezliklə alimə dünya şöhrəti qazandırıb.

 

Martın 14-ü, həmçinin Albert Eynşteynin doğum günüdür. 1879-cu ildə anadan olan Eynşteyn fizika üzrə Nobel mükafatı laureatıdır və müasir nəzəri fizikanın banilərindən biri hesab edilir. Nisbilik nəzəriyyəsi ilə daha da məşhurlaşan Eyşteyn 1955-ci ildə vəfat edib.

 

Bu gün ötən əsrin böyük bir hissəsində öz dərin izlərini buraxan kommunizmin ideya müəlliflərindən biri olan Karl Marksın vəfat etdiyi gündür. O, 1883-cü il martın 14-də Londonda dünyasını dəyişib və Hayqeyt qəbiristanlığında dəfn edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı