Modern.az

Qanunsuz balıq ovlayan şəxs saxlanıldı

Qanunsuz balıq ovlayan şəxs saxlanıldı

مورد توجه

15 Mart 2023, 08:27

Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq balıq ovu ilə məşğul olan şəxslərə qarşı tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin (DIN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən gecə saatlarında Baş Mil-Muğan Kollektorunun Saatlı rayonu ərazisindən keçən hissəsində aparılan profilaktik-nəzarət tədbirləri zamanı qeyd edilən qanunsuz əməllə məşğul rayonun Azadkənd kənd sakini Elvin İbadov saxlanılıb.

 

Həmin şəxsdən qanunsuz ov qurğuları, eləcə də ovlanmış 31 ədəd balıq aşkarlanaraq maddi sübut kimi götürülüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı