İsrail ölkənin Müdafiə Nazirliyinin maraqları üçün hazırlanan "Ofek-13" yerin məsafədən zondlama radar peykini orbitə çıxarmaq üçün “Şavit” daşıyıcı raketini buraxıb.
Modern.az-ın məlumatına görə, bu barədə İsrailin "Aruts Şeva" ("Yeddinci kanal") radiostansiyası məlumat yayıb.
Məlumata əsasən, peyk orbitə buraxıldıqdan sonra mütəxəssislər cihazın bir sıra sınaqlarını keçirəcəklər.