Modern.az

Fərid Şəfiyev: Regional qeyri-sabitlik Qarabağdakı yenidənqurmaya təsir göstərir

Fərid Şəfiyev: Regional qeyri-sabitlik Qarabağdakı yenidənqurmaya təsir göstərir

Aktual

Bu gün, 13:20

Regional qeyri-sabitlik və inflyasiya isə dolayısı ilə Azərbaycanın Qarabağda apardığı postmünaqişə yenidənqurma prosesinə də təsir göstərir. 

Modern.az xəbər verir ki, bunu  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində  “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahəsinə təsirləri” adlı müzakirədə deyib.
“Bu isə Ermənistanın işğalı və urbisid siyasətindən geriyə qalan mirasdır”, - o əlavə edib.

Fərid Şəfiyevin sözlərinə görə, Suriyada on üç ildən çox davam edən münaqişə şəhər infrastrukturunu və mənzil fondunu viran qoyub. 

“Dünya Bankının məlumatına görə, binalara və infrastruktura dəyən fiziki ziyan təxminən 108 milyard dollara çatıb, ümumi yenidənqurma xərcləri isə təxminən 216 milyard dollar olaraq qiymətləndirilir. Mənzillərin dağıdılması milyonlarla suriyalı qaçqının və məcburi köçkünün geri qayıtmasını ciddi şəkildə çətinləşdirib. Tikinti materialları, yanacaq, nəqliyyat və işçi qüvvəsinin qiymətlərinin artması yenidənqurma işlərini ləngidir, dövlətin və beynəlxalq donorların maliyyə yükünü artırır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı