Modern.az

Kəlbəcərdəki layihələr həm də tarixi ədalətin bərpasıdır - xüsusi nümayəndə

Kəlbəcərdəki layihələr həm də tarixi ədalətin bərpasıdır - xüsusi nümayəndə

Aktual

Bu gün, 17:39

Kəlbəcərdə bu gün həyata keçirilən layihələr yalnız tikinti və yenidənqurma prosesi deyil, həm də tarixi ədalətin bərpasını və həyatın yenidən doğma torpaqlara qaytarılmasını ifadə edir.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Laçın və Kəlbəcər: urbisiddən münaqişədən sonrakı yenidənqurmaya gedən yol” adlı tədbirdə Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev bildirib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra, torpaqlarımızın işğaldan azad edilməsinin ardından Azərbaycan Respublikası Prezidentinin tapşırıqları əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı və məqsədyönlü bərpa-quruculuq işləri həyata keçirilir:

“Bu layihələr əhalinin dayanıqlı məskunlaşmasını təmin edir, iqtisadi fəallığın bərpasına dəstək verir və həmin ərazilərin yüksək inkişaf etmiş bölgələrə çevrilməsi üçün möhkəm təməl yaradır.

Eyni zamanda, həyata keçirilən proseslər işğal dövründə ərazilərimizdə törədilmiş dağıntıların, vandalizmin və ekoloji mühitə, mədəni irsə vurulan ziyanın aradan qaldırılması baxımından xüsusi əhəmiyyət daşıyır”.

Xüsusi nümayəndə vurğulayıb ki, postmünaqişə dövründə Kəlbəcər rayonu mina və digər partlayıcı sursatlarla ən çox çirklənmiş ərazilərdən biri olub:

“Bu səbəbdən rayonda həyata keçirilən bərpa və tikinti proseslərinin ilkin mərhələsində ən vacib addım kimi mina təmizlənməsi və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi işləri aparılıb.

Ərazilərin təhlükəsiz vəziyyətə gətirilməsi həm yeni yaşayış məntəqələrinin və infrastrukturun qurulması, həm də keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı