Modern.az

Cavid Qurbanovun atası vəfat etdi

Cavid Qurbanovun atası vəfat etdi

Allah rəhmət eləsi̇n

30 Dekabr 2021, 10:30

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanovun atası Qənbər Şəmşiroğlu vəfat edib.

Modern.az saytı xəbər verir ki, Qənbər Şəmşiroğlu bu gün 88 yaşında dünyasını dəyişib.


Q.Şəmşiroğlu 1933-cü il noyabrın 16-da Kəlbəcər rayonunun Ağdaban kəndində məşhur söz ustası Aşıq Şəmşirin ailəsində dünyaya gəlib.


1951-ci ildə iki illik Ağdam dövlət müəllimlər institutunda Azərbaycan dili və ədəbiyyatı fakultəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib. 1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb.  1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına institutu, 1964-cü ildə isə Ali Partiya məktəbini bitirib. 1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbidə direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbidə direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri işləyib.

Q.Şəmşiroğlu 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcar Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından “Azərittifaq”da baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcar Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Uzun müddət dövlət  fəaliyyətində səmərəli çalışdığına görə “Şərəf nişanı” ordeni, “Əmək igidliyinə görə” və “Əmək veteranı” medalları ilə təltif  edilib.
2011-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

1992-ci ilin aprel ayında sonra erməni quldurları Qənbər müəllimin doğulub boya-başa çatdığı Ağdaban kəndini dağıtmış, nəticədə onun ümumilikdə 14 nəfər yaxın qohumu vəhşicəsinə qətlə yetirilib.


Qənbər Şəmşiroğlu “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri kimi fəaliyyətini davam etdirirdi.


Allah rəhmət eləsin!

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı