Modern.az

Fransada sutkalıq yarım milyon yoluxma

Fransada sutkalıq yarım milyon yoluxma

Dünya

26 Yanvar 2022, 19:30

Fransada son sutka ərzində 501,6 min nəfərdə yeni növ koronavirus (COVID-19) aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bu, pandemiya ərzində Fransa üçün rekord göstərici hesab edilir.

 

Yanvarın 25-nə olan məlumata görə, ölkə xəstəxanalarında 30 mindən çox xəstə qalır ki, bu da 27 aprel 2021-ci ildən bəri ən yüksək rəqəmdir. Onlardan 3842 nəfəri son 24 saat ərzində xəstəxanaya yerləşdirilib, daha 364 nəfər isə dünyasını dəyişib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı