Modern.az

Ukraynadan Rusiyaya "ölümcül həmlə"

Ukraynadan Rusiyaya "ölümcül həmlə"

Dünya

Bu gün, 13:02

Mərkəzi Rusiyadakı demək olar ki, bütün neft emalı zavodlarının fəaliyyəti dron hücumları səbəbindən pozulub.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, Ukrayna pilotsuz uçuş aparatlarının hücumları nəticəsində Rusiyanın mərkəzi hissəsində yerləşən iri neft emalı zavodlarının əksəriyyəti istehsalı ya dayandırmağa, ya da azaltmağa məcbur olub.

Son həftələr ərzində Leninqrad vilayətinin Kirişi şəhərindəki neft emalı zavodu, Moskva Neft Emalı Zavodu, eləcə də Nijni Novqorod, Ryazan və Yaroslavldakı müəssisələr dron hücumlarına məruz qalıb.

Bildirilir ki, bəzi hallarda hücumlar ciddi dağıntılara səbəb olub,  digərlərində ziyan nisbətən az olsa da, adıçəkilən bütün zavodların fəaliyyəti pozulub.

“Reuters” qeyd edir ki, həmin müəssisələrin payına Rusiyanın ümumi neft emalı gücünün təxminən dörddə biri düşür.

Agentlik Mərkəzi Rusiyadakı neft emalı zavodlarının tam və ya qismən dayanmasının yanacaq bazarına təsiri ilə bağlı proqnoz verməsə də, Rusiyada artıq benzin ixracına qadağa tətbiq olunduğunu xatırladıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı