Modern.az

Trampla Netanyahu İrana görə mübahisə edib - İDDİA

Trampla Netanyahu İrana görə mübahisə edib - İDDİA

Dünya

Bu gün, 12:58

ABŞ İrana yeni sülh təklifi təqdim edib.

Modern.az xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, sənəd Pakistandan olan vasitəçi vasitəsilə Tehrana çatdırılıb və hazırda İran tərəfi təklifi araşdırır.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər İran təklif olunan şərtlərlə razılaşmasa, Vaşinqton hərbi əməliyyatları davam etdirməyə hazırdır. Bununla yanaşı, o, “düzgün cavab” almaq üçün bir neçə gün gözləyə biləcəklərini də bildirib.

“Əgər düzgün cavab almasaq, hər şey çox sürətlə baş verəcək”, – deyə Tramp vurğulayıb.

Axios nəşrinin məlumatına görə, Tramp yeni sülh təşəbbüsünü İsrailin Baş naziri Benjamin Netanyahu ilə telefon danışığında da müzakirə edib.

Mənbələrin sözlərinə görə, hazırda vasitəçilər ABŞ və İran arasında müharibənin formal şəkildə başa çatdırılması və 30 günlük danışıqlar mərhələsinin başlanması üçün “niyyət məktubu” üzərində işləyirlər.

Bununla belə, Netanyahu danışıqlara mənfi yanaşır və İranın hərbi imkanlarının zəiflədilməsi üçün əməliyyatların bərpasını istəyir. Axios-un mənbələrindən biri bildirib ki, Tramp ilə söhbətdən sonra Netanyahu “şok vəziyyətində olub”. Tramp da öz növbəsində Netanyahunun "İran məsələsində Amerika prezidentinin istədiyini edəcəyini" bildirib və əlavə edib ki, onların arasında yaxşı münasibətlər var.

Xatırladaq ki, İran may ayının əvvəlində 14 maddədən ibarət atəşkəs planı təqdim etmişdi. Həmin planda hücum edilməməsi ilə bağlı təminatlar, İran limanlarına tətbiq edilən blokadanın aradan qaldırılması və dondurulmuş aktivlərin açılması kimi məsələlər yer almışdı.

Daha sonra ABŞ da sülh danışıqlarının bərpası üçün İrana beş tələb irəli sürüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı