Modern.az

Tevanyanın toxunulmazlığı ləğv edildi

Tevanyanın toxunulmazlığı ləğv edildi

Dünya

Bu gün, 03:46

Ermənistan Mərkəzi Seçki Komissiyası deputatlığa namizəd Andranik Tevanyan barəsində cinayət təqibinin başlanmasına razılıq verib.

Modern.az xəbər verir ki, bu barədə Tevanyan jurnalistlərə MSK binası qarşısında açıqlama verib.

Onun sözlərinə görə, məsələ ilə bağlı səsvermə keçirilib və komissiya üzvləri işin “tamamilə saxtalaşdırılmış” olmasına baxmayaraq, ittihamların əsaslı olduğu qənaətinə gəliblər.

Tevanyan bildirib ki, qərar yekdilliklə qəbul olunub və komissiyanın bütün 7 üzvü onun deputat toxunulmazlığının ləğvinə razılıq verib.

Qeyd edək ki, Andranik Tevanyan “Çiçəklənən Ermənistan” Partiyasından deputatlığa namizəddir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı