Modern.az

Azərbaycanda avtomobillərin AVRO-2 tələblərinə uyğunluq cədvəli açıqlandı

Azərbaycanda avtomobillərin AVRO-2 tələblərinə uyğunluq cədvəli açıqlandı

Ölkə

8 İyul 2010, 11:11

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun AVRO-2 tələblərinə dair (AZS 447-2010) dövlət standartının tətbiqi ilə bağlı bəzi tədbirlər barədə əmr imzalayıb. Modern.az-ın məlumatına görə,  sözügedən əmrə əsasən, Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinin AVRO-2 tələblərinə uyğunluğunun müəyyən edilməsi cədvəli AZS 447-2010 standartına əlavə edilib. 1 sentyabr 2010-cu il tarixinədək idxal olunan avtonəqliyyat vasitələrinin AZS 447-2010 Dövlət Standartının tələblərinə uyğunluğu buraxılış ilindən asılı olaraq 2 nömrəli Əlavəyə əsasən müəyyən edilir:  

 

Nəqliyyat vasitəsinin və (və ya) onların mühərriklərinin mənşə ölkəsi

Buraxılış ilindən asılı olaraq Avro-2 tələblərinə uyğunluğu

Avropa İttifaqına daxil olan dövlətlər *

1997-və sonrakı illər

ABŞ və Latın Amerikası ölkələri

1996- və sonrakı illər

Yaponiya

1998- və sonrakı illər

Kanada

2001- və sonrakı illər

Hindistan

2005- və sonrakı illər

Malayziya

2003- və sonrakı illər

Çin

2004- və sonrakı illər

Koreya

2001- və sonrakı illər

Rusiya

2006- və sonrakı illər

Özbəkistan

2007- və sonrakı illər

Ukrayna

2006- və sonrakı illər

Digər MDB ölkələri

2006- və sonrakı illər

Türkiyə

2001- və sonrakı illər

İran

2009 - və sonrakı illər

Qeyd: *Avropa İttifaqına daxil olan dövlətlər: Almaniya, Avstriya, Belçika, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İspaniya, İtaliya, İrlandiya, İsveç, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan, Bolqarıstan və Rumıniya.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı