Azərbaycan İslam Partiyası (AİP) Milii Məclisə keçirilən seçkilərdə iştirak etməklə bağlı qərar qəbul edib. Bu barədə Modern.az-a partiyanın mətbuat xidmətinin rəhbəri Akif Heydərli məlumat verib. Onun sözlərinə görə, AİP rəsmi dövlət qeydiyyatından keçmədiyinə görə, namizədlər sərbəst şəkildə namizədliklərini irəli sürəcəklər. Partiya mədud sayda namizədlə marafona qatılmaq niyyətindədir.
A.Heydərllinin sözlərinə görə, partiyanın maliyyə imkanları aşağı olduğundan namizədlər daha çox öz imkanları hesabına seçki təbliğatını quracaqlar. AİP 10-dək dairədə namizədlərlə çıxış etməyi planlaşdırır. “Partiya rəhbərliyinin seçkilərə qatılacağı hələ bəlli deyil. Onlar yaxın günlərdə qərarlarını aşıqlayacaqlar”-deyə AİP rəsmisi vurğulayıb.
Modern.az