Modern.az

Spikerdən Avropa Parlamentinə MESAJ

Spikerdən Avropa Parlamentinə MESAJ

پارلمان

30 Sentyabr 2016, 12:18

“Ölkəmizin həyatında mühüm dəyişiklik baş verib. Azərbaycanda ümüumxalq səsverməsi keçirilib. Referendumda xalq öz dəstəyini nümayiş etdirib”.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında parlamentin sədri Oqtay Əsədov deyib. O bildirib ki, ümumxalq səsverməsini yerli və beynəlxalq müşahidəçilər izləyiblər.

 

O.Əsədov Avropa Parlamenti ilə Azərbaycanın münasibətlərinə də toxunub: “Ötən il Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib. Bundan sonra Azərbaycan onlarla əməkdaşlığı dayandırdı.

 

Münasibətlərin bərpa olunması üçün çox cəhdlər edilib. Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edərkən onlara iradlarını bildirdi. Əməkdaşlıq bərpa olunacağı təqdirdə belə neqativ halların baş verməsi arzuolunan deyil”.

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı