Modern.az

Seçkilərə hazırlaşan YAP ümumrespublika müşavirəsi keçirib

Seçkilərə hazırlaşan YAP ümumrespublika müşavirəsi keçirib

تحصیلات

7 Avqust 2010, 18:50

Avqustun 7-də Yeni Azərbaycan Partiyası (YAP) rayon-şəhər təşkilatları sədrlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirib. Müşavirəni açan YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd partiyanın seçkilərə hazırlığını bir daha nəzərdən keçirməkdir. Əvvəlki müşavirələrdə də seçkilərə hazırlıqla bağlı partiyanın rayon-şəhər təşkilatlarının rəhbərləri ilə söhbətlərin aparıldığını qeyd edən YAP sədrinin müavini onlara görüləcək işlərlə bağlı tapşırıqların veriləcəyini deyib. YAP-ın parlament seçkilərində uğur qazanması üçün kifayət qədər əsasların olduğunu söyləyən icra katibi ümid etdiyini bildirib ki, həyata keçirilən tədbirlər parlamentdə partiyanın daha çox deputat ilə təmsil olunmasına imkan verəcək: “Rayon-şəhər partiya təşkilatlarına seçki hazırlığı ilə bağlı proqram verilmişdir. Bugünkü müşavirədə də proqram çərçivəsində həyata keçirilməsi tapşırılan tədbirlərin yerinə yetirilmə səviyyəsi, həmçinin bundan sonra görüləcək işlər haqqında müzakirələr aparılacaqdır. Proqram bir daha dəyərləndiriləcək və rayon-şəhər partiya təşkilatlarının rəhbərlərinə növbəti tapşırıqlar veriləcəkdir. Malik olduğumuz resursların bir daha dəyərləndirilməsi də bugünkü müşavirənin əsas məqsədlərindən biridir. Güman edirəm ki, parlament seçkilərində də partiyanın quracağı təbliğat-təşviqat kampaniyası uğurlu olacaqdır”. Müşavirədə çıxış edən YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov hazırkı mərhələdə YAP-ın rayon-şəhər təşkilatlarının qarşısında duran vəzifələrdən danışıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı