Modern.az

Moskvada osetinlərlə azərbaycanlılar dalaşıb

Moskvada osetinlərlə azərbaycanlılar dalaşıb

تحصیلات

9 Avqust 2010, 09:55

Moskvada osetinlər və azərbaycanlılar arasında silahlı toqquşma baş verib. Modern.az rus mətbuatına istinadən xəbər verir ki,  paytaxtın Moskvaretsk bazarında yaranmış münaqişədə 6 nəfər yaralanıb. Paytaxt Daxili İşlər İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə,  hadisə  osetinlər və azərbaycanlılardan ibarət iki qrup arasında baş verib. Mənbə bildirib ki, dava zamanı azərbaycanlılardan biri travmatik tapança tətbiq edib. Nəticədə Şimali Osetiya vətəndaşı olan 6 nəfər yaralanıb. Davanın digər iştirakçıları aradan qaçıb. Hazırda onların axtarışı həyata keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı