Modern.az

Cənub bölgəsində altı ayda narkotiklə bağlı 38 cinayət aşkar edilib

Cənub bölgəsində altı ayda narkotiklə bağlı 38 cinayət aşkar edilib

Təhsil

9 Avqust 2010, 16:27

DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin(BNMİ) Cənub bölgəsi üzrə regional şöbəsindən verilən məlumata görə, ötən yarım il ərzində cənub bölgəsində  narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 38 fakt aşkarlanıb.

Hesabat dövründə cənub bölgəsində aşkarlanan 19 cinayət faktı ilə bağlı 16 nəfər məsuliyyətiə cəlb olunub ki, onlardan da  1-i  İran vətəndaşıd;r. 19 faktın 10-u satış, 7-si saxlama, 1-i əkin, 1-i isə qaçaqmalçılıqla bağlıdır. Həmin faktlar üzrə ümumi çəkisi 2 kq 64 qr olmaqla 2 kq 6,67qram marixuana, 48,676 qram tiryək, 8 qr heroin tutulub. 25 ton  xaş-xaş bitkisi yandırılaraq məhv edilib. Regional şöbədən onu da bldiriblər ki, 2009-cu ilin 6 ayı ilə müqayisədə bu il 23 fakt az aşkarlanıb. Belə ki, ötən ilin birinci yarımilliyində 42 fakt üzrə 111 kq 661 qram narkotik vasitə tutulub.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsi üzrə regional şöbəsindən  bu il qeydə alınan cinayət faktlarının azalmasına aydınlıq gətirərkən bildiriblər ki, buna  səbəb görülən profilaktik tədbirlər, gücləndirilmiş iş rejimi və sərhəddən  narkotik vasitələrin keçirilməsində xüsusi, üsullardan istifadə olunmasıdır.

Cənub bölgəsi üzrə ən çox 16 cinayət faktı Lənkəranda, ən az 6 fakt isə Yardımlıda və 1 hadisə Salyanda qeydə alınıb.

Xaqani Səfəroğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı