Modern.az

Qazaxıstanda temperatur -40 dərəcəyə düşdü

Qazaxıstanda temperatur -40 dərəcəyə düşdü

Təhsil

24 Noyabr 2014, 12:19


Qazaxıstanda dəhşətli soyuqlar müşahidə edilir.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada temperaturun - 40 dərəcəyə düşməsilə məktəblərdə tətil elan olunub.

Tətil xəbəri isə səhər saatlarında valideynlərə göndərilən mesaj vasitəsilə bildirilib. Səhər satlarında işə getmək üçün yola çıxan avtomobil sahibləri dondurucu soyuq və yolların buzlanması səbəbiylə çətin anlar yaşayıb, əksəriyyəti isə yollarda qalıb.

Havaların kəskin soyuyacağı xəbəri barədə isə hələ 1 həftə əvvəl Qazağıstan Hidorometrologiya Mərkəzi məlumat vermişdi.    

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı