İstanbulda keçirilən basketbol üzrə dünya çempionatının yarımfinal oyunları başa çatıb. Modern.az xəbər verir ki, sentyabrın 11-də ABŞ - Litva görüşü keçirilib. Amerikalılar bütün oyunu üstünlüyü əldə saxlayaraq 89-74 hesabi ilə qələbə qazanıblar.
İkinci yarımfinal görüşü, Türkiyə - Serbiya matçı isə olduqca gərgin keçərək qalibi son saniyələrdə müəyyənləşdirib.
Oyunun sonuna 4 saniyə qalmış hesab 81-80 Serbiyanın xeyrinə olub. Lakin topu oyuna daxil edən Türkiyə basketbolçuları bu saniyələrdən məharətlə yararlanıb hesabı dəyişə biliblər, 82-81.
Türkiyə-ABŞ final görüşü sabah oynanılacaq. Baş nazir Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, türklərin dünya çempionu olacağına inanır.