Modern.az

Türkiyədə referendum keçirilib

Türkiyədə referendum keçirilib

Təhsil

13 Sentyabr 2010, 00:04

Nəticələr bəlli olub, qutulardan "əvət" çıxanda müxalifət sərt bəyanat verib

Sentyabrın 12-də Türkiyə Konstitusiyanın bəzi maddələrinə əlavə və  dəyişiklərlə bağlı referendum keçirilib. Modern.az ” türk mətbuatına istinadla xəbər verir ki,  bütün ölkə üzrə  49 milyon 446 min 369 seçici 151 min 546 məntəqədə Konstitusiyaya münasibətini bildirib. Sentyabrın 12-də gecə məlum olub ki, səsvermə nəticəsində hakim Ədalət və İnkişaf Partiyasının Konstitusiyaya əlavə dəyişikliklərlə bağlı hazırladığı qanunlar paketi qəbul olunub.

Hakim Ədalət və İnkişaf Partiyasının Konstitusiyaya əlavə dəyişikliklər bağlı hazırladığı qanunlar paketi əsasən insan hüquq və azadlıqlarının daha da genişlənməsinə xidmət edir.

Konstitusiyaya təklif olunan mühüm dəyişikliklərdən biri şəxsi məlumatların qorunması haqqının təsbit edilməsidir. Belə ki, bununla bağlı referenduma çıxarılacaq maddədə deyilir ki, hər kəs özü ilə bağlı şəxsi məlumatların qorunmasını istəmə haqqına sahibdir. Şəxsi məlumatlardan yalnız qanunda nəzərdə tutulan hallarda və şəxsin açıq razılığı ilə istifadə oluna bilər. Yeni mətndə həmçinin vətəndaşların hüquqları ilə əlaqədar digər dəyişikliklər də var. Əvvəllər məmurların yazılı sərəncamları ilə ölkədən çıxış haqqı məhdudlaşdırılırdı, lakin yeni maddə bunun ancaq məhkəmə qərarı ilə mümkün olacağını bildirilir.

Bundan başqa, Konstitusiyaya əlavə olunacaq yeni maddə ilə Türkiyədə ilk dəfə insan haqları üzrə müvəkkil – Ombudsman institutu yaradılacaq. Digər mühüm bir maddə isə hərbi məhkəmələrin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlıdır. Konstitusiyaya dəyişikliklər qəbul olunsa, hərbi məhkəmələr ölkənin təhlükəsizliyi, Konstitusiyanın müddəalarının pozulması ilə əlaqədar cinayətlərə baxmayacaqlar. Mülki şəxslər isə, müharibə vəziyyəti istisna olmaqla hərbi məhkəmələrdə mühakimə olunmayacaqlar.

Yeni təkliflərə görə, Konstitusiya Məhkəməsinin strukturu da dəyişdirilir. Bu məhkəmə iki palata və Baş Məclisdən ibarət olacaq. Ən başlıcası, ölkənin hakim və prokurorlarının təyinatını həyata keçirən Hakim və Prokurorlar Yüksək Komissiyasının tərkibi və fəaliyyət prinsipləri dəyişdiriləcəkdir. Yeni təyinatlarla bağlı ölkə Prezidentinə və parlamentə geniş səlahiyyətlər verilir.

Yüksək Seçki Komissiyasının referendumla bağlı açıqladığı qadağalar da sentyabrın 12-dən qüvvəyə minib.

Kütləvi İnformasiya Vasitələri referendumun keçirildiyi gün saat 20.00-a qədər referendumla bağlı heç bir məlumat yaya bilməz. Səsvermə günü isə səhər saat 6-dan etibarən ölkədə spirtli içkilərin satışı və içilməsi qadağan olunub.
Referendum günü ölkədə alkoqollu içkilərin satılması qadağan edilib, bütün əyləncə yerləri qapalı olub. Saat 06.00-dan 24.00-dək səlahiyyətli şəxslər istisna olmaqla  heç kim kənd, qəsəbə və şəhərlərdə partlayıcı maddə, kəsici  və odlu silah gəzdirə bilmyib. Saat 18.00-dək kütləvi informasiya vasitələrinə ümumxalq səsverməsi və onun nəticələri barədə xəbər vermək qadağan olunub. Yalnız Yüksək Seçki Kurulu (MSK) saat 18.00-dan 21.00-dək refrendumla bağlı xəbər və elanlar yayımlana bilin. Saat 21.00-dan etibarən isə KİV-ə referendumla bağlı xəbərlərin yayımlanmasında azadlıq verilib.

Referendum ərəfəsində ölkədə gərginlik artıb. İstanbul, Van və Batman şəhərlərində 60 şəxs polis tərəfindən saxlanılıb. Onlar vətəndaşların səsverməni boykot etməsi üçün onlara hədə-qorxu gəlməkdə günahlandırılır. İstanbulda Terrorla Mübarizə Şöbəsi, sol təmayüllü bir qruplaşmada fəaliyyət göstərən bəzi şəxslərin, referendum günü məktəblərin qarşısında şüar asmaq, “molotov kokteyli”ndən istifadə etmək, qanunsuz aksiya keçirmək, təhlükəsizlik qüvvələrinə qarşı daş, dəyənək və müxtəlif alətlərlə hücum təşkil etməyə hazırlaşdığını müəyyən edib.

Qrupun qarışıqlıq yaratmaq, şifahi və yazılı xəbərdarlıqlarla vətəndaşların referendumda iştirakını əngəlləməyi planlaşdırdığı müəyyən edilib. İstanbulun müxtəlif yerlərində eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində 29 nəfər saxlanılıb. Həmçinin fişəng, məşəl, qaz tapançası, maska, təşkilata məxsus ədəbiyyat, sənədlər və digər materiallar aşkarlanıb.

Yaxalananların əvvəllər də İstanbulda bu cür qanunsuz aksiyalarda iştirak etdikləri müəyyən edilib. Ölkənin cənub-şərq bölgəsində, əsasən kürdlərin yaşadığı Van şəhərində səhər saatlarında həyata keçirilən əməliyyatlar zamanı 19 nəfər saxlanılıb. Səsverməyə getməmələri üçün vətəndaşlara təzyiq göstərməkdə şübhəli bilinənlər arasında kürd yönümlü Barış və Demokratiya Partiyasının rəhbər şəxsləri də var. Batmanda isə 12 nəfər saxlanılıb.

Polis bölmələrindəki sorğu-sualdan sonra saxlanıların məhkəmə qarşısına çıxarılacağı bildirilir.

***

Türkiyədə Konstitusiya dəyişikliklərini nəzərdə tutan referendum başa çatdı. Ramazandan sonra keçirilən ümumxalq səsverməsi bir daha Türkiyənin demokratiya yolunda olduğunu göstərdi.
“Türkiyə demokratiyanın qələbəsini bayram edir” –deyə referendum başa çatdıqdan sonra ilk açıqlamasında baş nazir Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Baş nazir qeyd edib ki, referendumda seçicilərin 58 faizi dəyişikliklərə səs verib və bu, Türkiyənin qələbəsidir.
“Türkiyə Ramazan Bayramının ardından demokratiya bayramından üzüağ çıxıb. Umumxalq səsverməsində Konstitusiyada dəyişikliklərin qəbul olunması üçün vacib olan 50 faizdən artıq “əvət” səsi əldə olunub. Ana Yasanın 26 maddəsində dəyişiklik 58 faiz səslə qəbul olunub. Əziz millətimiz öz iradəsini ortaya qoyaraq Ana Yasa dəyişikliyi  paketini təsdiq etmişdir.

Demokratiyaya inanc, milli birliyə inam, demokratiyaya meyl növbəti dəfə özünü göstərdi. Əhalinin 77-78 faizi referendumda iştirak edib. Ötən illərdəki seçkilərdə bu rəqəm 67 faiz olub. Bu gün həm “əvət”,  həm də “xeyr”demiş seçicilər qalib gəlib”,-deyə Ərdoğan vurğulayıb.    

Referendumun nəticələrinin ölkəsinə, millətinə və bütün vətəndaşlarına xeyirli olmasını Allahdan təmənna edən Ərdoğan “başımızı dik tutaraq deyrik ki, xalq səsverməsində millətin iradəsi əksini tapıb. Millətimizin iradəsi hansı yöndə olursa-olsun, hörmətə layiqdir, məqbuldur, qiymətlidir, “əvət” deyənlərin də, “xeyr” deyənlərin də, seçkiyə gedənlərin də, getməyənlərin də seçimi hörmətə layiqdir, heç kimsənin bu iradəyi görməməyə haqqı yoxdur” deyib.

“12 sentyabrda qazanan demokratiya olmuşdur. Demokratiyaya inanc və güvən bir daha ortaya çıxmışdır. Hər bir problemin çözüm yerinin demokratiya olduğu ortaya çıxmışdır. Milli iradənin gücü bu gün qat-qat artmışdır.

Bu gün  “əvət” deyənlər  də,  “xeyr” deyənlər də qazanmışdır. Demokratiya və azadlıq hər kəs üçündür.  Bu gün itirən çevrilişçi anlayış olmuşdur. 12 sentyabr demokratiya tarixiniə bir dönəm nöqtəsi olaraq keçib. Hər zaman bununla anılacaqdır.

Bu Ana Yasa dəyişikliyi bir AK partiya layihəsi deyildir. Bir güvən  səsi də deyildir. Müxalifət patiyalarından biri buna güvən səsverməsi deyirdi. Acəba, bundan sonrasını nə ilə izah edəcəklər, bunu maraq edirəm, ölkə aydınlıqdan qaranlıq bir dönəmə girmişdir deyə bir açıqlama verdilər. Tam əksinə, ölkə qaranlıqdan aydınlığa çıxır. Anma siyasəti öyrənmələri gərəkdir. Vicdanının səsini, ürəyinin səsini  dinləyərək bu dəyişikliklərə qulaq verən və səs verən   hər bir vətəndaşı ürəkdən təbrik edirəm. Bu dəyişikliklərə dəstək verən CXP və MHP –li qardaşlarımızı təbrik edirəm. BDP, Səadət partiyalarından olan qardaşlarımıza, müstəqil ülkücü qardaşlarımızı təbrik edirəm”.

Referendumun nəticələri ana müxalifət Cümhuriyyət Xalq Partiyasını narazı salıb. Referendumun rəsmi nəticələrini gözləməyən CXP İstanbul Başkanlığı etiraz məktubu hazırlayıb. CXP seçki bülletenlərinin yenidən hesablanmasını tələb edib.

Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı da referendumun nəticələri ilə bağlı açıqlama verib.

“Hər kəs sonuclara sayğı göstərmək durumundadır. Türkiyə qaranlıq bir dönəmə girmişdir. Ən yaxın  bir tarixdə ölkədə ümumi seçkilər keçirilməlidir”,-deyə Baxçalı bəyan edib.

Yazılı bir açıqlama verən Baxçalı bir qədər sərt danışıb: “Referendum kampaniyasında AKP-nin dövlət resurslarını səfərbər etməsi, basqı, rüşvət,  yalan, təhdid daxil hüquq və əxlaqdan kənar hərəkətlərə və yollara əl atması və mənəvi dəyərləri siyasi məqsədlərlə istismar etməsi siyasi tariximizə qara bir səhifə olaraq keçmişdir. Buna rəğmən referendumun nəticələrinə hər kəs sayğı göstərmək zorundadır.

“Milliyətçi Hərəkat Partiyası önümüzdəki zor və sıxıntılı dönəmdə, Türkiyənin və Böyük Türk Millətinin hüzuru, güvənliyi, birliyi və min illik qardaşlığını qorumaq üçün üzərinə düşəni etməyə əzmli və qərarlıdır. Baş nazir Ərdoğana xəbərdarlığımız və müraciətmiz, Ana Yasa referendumu sonuclarından cəsarət alaraq PKK  açılımını inkişaf etdirməyə çalışmasının altından qalxa bilməyəcəyi sonuclar doğuracağını bir an öncə anlaması  və ən erkən tarixdə millət vəkili seçkilərinə gedilərək türk millətinin iradəsinə qarşı dirənməkdən vaz keçməsidir”

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı