Modern.az

Növbəti qabiliyyət imtahanları bu tarixdə keçiriləcək  

Növbəti qabiliyyət imtahanları bu tarixdə keçiriləcək  

Təhsil

11 Avqust 2021, 18:38

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib.

 

DİM-dən Modern.az-a bildirilib ki, avqustun 13-də bədən tərbiyəsi (11 illik), musiqi sənəti (ali və 9 illik), təsviri sənət (ali, 11 illik) və teatr-kino-xoreoqrafiya (11 illik) istiqamətləri üzrə növbəti qabiliyyət imtahanları təşkil ediləcək.

 

Abituriyentlər imtahanların tarixi ilə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə tanış olmalıdırlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok