“Ötən ilin sentyabrın 15-dən oktyabra kimi 219 şagird koronavirusa yoluxub. Virusa yoluxan işçi heyətinin sayı 65 nəfər idi”.
Modern.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.
O bildirib ki, oktyabrda rəqəmlər artmağa başlayıb:
“Ən yüksək yoluxma dekabrda oldu. Bu zaman 6378 nəfər şagird, 3568 işçi heyəti virusa yoluxmuşdu. Bu günə qədər 25370 şagird, 15128 nəfər təhsil işçisi koronavirusa yoluxub".