Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb. Modern.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Allahverdiyev Yaşar Bəxtiyar oğlu
Sideifzadə Fikrət İsrafil oğlu
Yusifov Ramiz Yusif oğlu
Dövlət başçısının digər sərəncamı ilə bir qrup idman xadiminə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adı verilib:
Abdullayev Namiq Yədulla oğlu
Eyvazov Məmməd Fətəli oğlu
Hətəmov Rəhman Süleyman oğlu
Məmmədov Ceyhun Məhəmməd oğlu
Prezident İlham Əliyev həmçinin Olimpiya oyunları çempionlarına Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.
Belenki Valeri Vladimiroviç
Əsgərov Toğrul Şəhriyar oğlu
Şərifov Şərif Naibqadjavoviç
Modern.az