Modern.az

Bu universitetə yeni dekanlar SEÇİLDİ

Bu universitetə yeni dekanlar SEÇİLDİ

Təhsil

15 Fevral 2022, 16:58

Bakı Dövlət Universitetinin (BDU) 12 fakültəsində səlahiyyət müddəti bitmiş dekan vəzifələrinə seçkilər başa çatıb.

 

Modern.az xəbər verir ki, seçkilər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"na uyğun olaraq səsvermə yolu ilə keçirilib.

 

Yeni seçilmiş dekanları təqdim edirik:

 

Mamoy Mansurov - Geologiya fakültəsi,

 

Ələmdar Bayramov -  Kitabxanaçılıq-informasiya fakültəsi,

 

Rövşən Cavadov - Sosial elmlər və psixologiya fakültəsi,

 

Afət Məmmədova - Biologiya fakültəsi,

 

Ziyatxan Əliyev - Mexanika-riyaziyyat fakültəsi,

 

İbrahim Zeynalov - Tarix fakültəsi,

 

Bəxtiyar Paşayev - Fizika fakültəsi,

 

Elçin Məmmədov - Filologiya fakültəsi,

 

Aydan Xəndan – Şərqşünaslıq fakültəsi,

 

Laçın Abışlı -  Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi,

 

Fuad Kərimli - Kimya fakültəsi,

 

Akif Ağbabalı - Ekologiya və torpaqşünaslıq fakültəsi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir