Bakıda küçədən yeni doğulmuş oğlan uşağı tapılıb. Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Nəsimi RPİ 19-cu PB əməkdaşları tərəfindən fevralın 26-da saat 01.45 radələrində Cavadxan küçəsindəki 1 saylı evin girişində tapılıb. Polis körpəni Q.Qarayev adına Körpələr Evinə təhvil verib.
Modern.az