Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, fevralın 28-də Quba rayonunun Qəçrəş kəndində "Baba ocağı" restoranının yerləşdiyi ərazidə torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsinin, təxminən, 150-200 kv.m. ərazini əhatə etdiyi bildirilir.
Hadisə nəticəsində, bir neçə ağac sürüşmə sahəsində olan metal konstruksiyadan quraşdırılmış köşklərin üzərinə aşıb, köşklər yararsız hala düşüb. Xəsarət alan olmayıb.