Modern.az

Müharibə qəhrəmanı İbad Hüseynovun səhhəti ağırlaşıb

Müharibə qəhrəmanı İbad Hüseynovun səhhəti ağırlaşıb

11 Aprel 2013, 12:06


Bu gün “Azərbaycan bayrağı" ordenli keçmiş döyüşçü və kəşfiyatçı İbad Hüseynovun müharibədə aldığı ağır kəllə-beyin travması nəticəsində vəziyyəti kəskin şəkildə ağırlaşıb. ANS PRESS-in məlumatına görə, onu təcili olaraq Türkiyəyə xəstəxanaya aparıblar.

Müharibədə aldığı zədədən sonra vaxtaşırı müayinə olunan qəhrəmanın vəziyyəti ağır kritik olaraq göstərilir.
Onu da qeyd edək ki, İbad Hüseynovun vəziyyəti bir neçə gündür ki, gərgindir.

Xatırladaq ki, “Azərbaycan Bayrağı” ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri İbad Hüseynov Qarabağ müharibəsi qəhrəmanı kimi tanınır. O, 1993-cü il 12 iyun tarixində məşhur erməni terrorçu Monte Melkonyanı Ağdamda öldürməsiylə məşhurdur. Azərbaycanın “Rembo”su kimi tanınan İ. Hüseynovun başını gətirəcək şəxs üçün Ermənistanda 12 milyon pul ayrılıb.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir