Modern.az

Evdən oğurluq edən şəxs saxlanıldı

Evdən oğurluq edən şəxs saxlanıldı

Aktual

11 İyun 2026, 16:00

Xətai rayonunda evlərdən birindən oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Modern.az xəbər verir ki, rayon ərazisində yerləşən evlərin birindən ümumi dəyəri 1700 manat olan pul və gümüş əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq cinayətinə görə məhkum olunmuş 32 yaşlı O.Həmzəyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, o, evin pəncərəsinin açıq olmasından istifadə edərək mənzilə daxil olub və oğurluq edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi