Modern.az

CHP-də qalmaqal - Məclis üzvlərinin yarısı istefa verdi 

CHP-də qalmaqal - Məclis üzvlərinin yarısı istefa verdi 

Dünya

Bu gün, 16:19

Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasında (CHP) Məclisinin iclasından əvvəl Özgür Özelə yaxın olan komandaların üzvləri istefa verib.

Modern.az xəbər verir ki, Partiya Məclisi üzvlərindən 28 nəfərin istefası ilə qurumdakı üzvlərin 57-dən 29-a enib.

Özgür Özəlin komandası bununla bağlı yaydığı açıqlamada bildirib ki, Partiya Məclisinin üzvlərinin sayı qanunvericilik və partiya nizamnaməsində nəzərdə tutulan minimum həddən aşağı düşdüyü üçün CHP rəhbərliyi 45 gün ərzində növbədənkənar qurultay keçirməyə məcburdur.

Qeyd edək ki, məhkəmə qərarından sonra partiyanın keçmiş sədri Kamal Kılıçdaroğlu yenidən CHP rəhbərliyinə qayıdıb. Bu gün keçiriləcək Partiya Məclisinin iclasına da onun sədrlik edəcəyi gözlənilir.

Partiya nizamnaməsinə əsasən, Partiya Məclisi üzvlərinin üçdə ikisi istefa verdikdə və ya yerlər boş qaldıqda, rəhbərlik 45 gün ərzində növbədənkənar qurultay çağırmalıdır.

Beləliklə, CHP-də rəhbərlik uğrunda mübarizənin yeni mərhələyə keçdiyi və yaxın vaxtlarda partiyanın növbədənkənar qurultayının keçiriləcəyi gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən 2 ölkəyə MÜHARİBƏ ANONSU - Cavabımız ağır olacaq!