Modern.az

Ova çıxmaq istədilər - 2 nəfər öldü

Ova çıxmaq istədilər - 2 nəfər öldü

Dünya

11 İyun 2026, 16:08

Rusiyanın "Norilsk" hokkey klubunun 21 yaşlı hücumçusu Yeqor Yadıkin faciəvi hadisə nəticəsində həyatını itirib. İdmançının ölümündən dərhal sonra onun 67 yaşlı babası da həyatdan köçüb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Yeqor Yadıkin və babası Viktor Nikolayeviç ov məqsədilə Başqırdıstanın Salavat şəhərinə getməyə hazırlaşırmışlar. Səfərə hazırlıq zamanı hokkeyçi tüfəngi götürmək istəyərkən ehtiyatsızlıqdan silah açılıb və güllə onun özünə dəyib.

Məlumata görə, hadisə Yadıkının babasının gözləri qarşısında baş verib. Bildirilir ki, Viktor Nikolayeviç dərhal qohumlarına səsli mesaj göndərib. Bir neçə saat sonra isə o, İndustrialnaya küçəsində yerləşən qarajda öz həyatına son qoyub.

Hadisənin bütün təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr