Modern.az

Qarabağ Universitetində dərslər gələn il BAŞLAYACAQ

Qarabağ Universitetində dərslər gələn il BAŞLAYACAQ

Təhsil

30 Noyabr 2023, 16:20

Qarabağ Universitetində hazırki şəraitdə 2-3 min tələbə təhsil ala bilər.

 

Modern.az xəbər verir ki, bunu media üçün brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

 

"Gələn ilin sentyabrından təhsil başlayacaq. Biz 800-1000 tələbənin orada təhsil alması üçün şərait yaratmağı planlaşdırırıq. DİM-in qəbulu üzrə birinci kurslar, Nazirliyin SABAH qruplarının 2 kurs tələbələrini müsabiqə əsasında köçürmək istəyirik", - o qeyd edib.

 

Nazir bildirib ki, 30-40 akademik heyətin orada daimi yerləşməsi planı da var: "İlkin mərhələdə müəllimlərin bir qismi yaxın ərazidə yaşayacaqlar".

 

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti yaradılacaq.

 

Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub. 1973-cü ildən isə Xankəndi Pedaqoji İnstitutu müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi