Modern.az

Bəzən müəllim günahı olmadan bullinqə məruz qalır - Nazir

Bəzən müəllim günahı olmadan bullinqə məruz qalır - Nazir

30 Noyabr 2023, 16:40

"Dünyanın heç bir yerində Nazirlik müəllimlə müəllim, müəllimlə direktor, müəllimlə şagird arasındakı mübahisələri həll edən qurum deyil".

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

 

"Məsələn bizə müəllimlərin hansı şərtlərlə işə qəbulu, imtahanların modeli və s. suallar verilə bilər. Yəni çərçivələri müəyyən edən qurum Nazirlikdir. Lakin məktəbləri idarə edən orqan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyidir. Yəqin ki, hər biriniz məktəbdə yıxılmısınız, hansısa sinif yoldaşınızla aranızda mübahisə olub. Demirik ki, bu məsələlər bizi maraqlandırmır. Sadəcə bu tip sualları agentliyə ünvanlasanız, daha yaxşı olar. Hazırda müşahidə edilə mühit istər məktəb, istərsə də müəllimin nüfuzunu artırmır. Bəzən görürük ki, heç bir günahı olmayan müəllim bu tip hadisələrə görə bullinqə məruz qalır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi