Modern.az

Türkiyə-Azərbaycan Universiteti niyə vacibdir... - Həm təhsil, həm də həmrəylik...

Türkiyə-Azərbaycan Universiteti niyə vacibdir... - Həm təhsil, həm də həmrəylik...

Təhsil

22 Mart 2024, 09:55

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri çərçivəsində imzaladığı sazişlərdən biri Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı olmuşdu.


Belə ki, Türkiyə - Azərbaycan Universitetinə bu ildən qəbul həyata keçiriləcək. Fevralın 19-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb. Sənədləri Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.

 

Türkiyə-Azərbaycan  niversiteti 2024-2025-ci ildə fəaliyyətə başlayacaq.

 

Beləliklə, Azərbaycan təhsilinə daha bir universitet daxil olur. Bəs, bu universitet Azərbaycan təhsilinə nə qatacaq?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycan universitetlərinin Türkiyə universitetləri ilə əlaqələri bizə yanlız töhfə verə bilər:

 

“Türkiyə təhsil sistemi kifayət qədər inkişaf edib. Bu gün Türkiyə universitetləri öz uğurlarını davam etdirilər. Türkiyənin təhsil ənənələri zəngindir, böyük tarixə malikdir. Bu gün də inkişaf etməkdədir. Bunun bizim təhsilimizin inkişafına da mütləq faydası olacaq. Azərbaycan təhsilinin beynəlxalq standartlara cavab verməsi, təhsildə müasir inovasiya  və texnologiyaların tətbiq edilməsi baxımından bu xüsusi önəm daşıyır. Bu model qısa zamanda bizə imkan verəcək ki,  Azərbaycan-Türkiyə Universiteti sürətli formada inkişaf etsin. Azərbaycan təhsilində ən güclü, ən keyfiyyətli təhsil müəssisələrindən birinə çevrilsin. Bu gün bunun üçün böyük potensial var”.

 

Deputat Türkiyə-Azərbaycan Universitetinin türk xalqlınının bir-birinə yaxınlaşması baxımından vacib əhəmiyyət kəsb etdiyini deyib:

 

“Təhsilimizin müasirləşməsi, inkişafı, təhsilimizə yeni nəfəsin gətirilməsi uğurlarının artırılması Azərbaycan təhsilinin dünya təhsil sisteminə interqrasiyası baxımından bu çox önəm daşıyır. Eyni zamanda Azərbaycan təhsil sisteminin dünya reytinqlərində irəliləməsi baxımından da önəmi var. Bu universitetin yaradılması yanlız təhsil nöqteyi-nəzərindən yox, eyni zamanda ölkələrimiz arasında əməkdaşlığı gücləndirilməs,  türk dövlətləri arasında birliyin, həmrəyliyin artırılması, baxımdan da əhəmiyyəti vacibdir. Bura bir təhsil müəssisi  olmaqla yanaşı, eyni zamanda xalqlarımızı  bir-birinə daha da yaxınlaşdıracaq. Böyük türk birliyinin  yaradılmasına,  türk dövlətləri arasında əlaqələrimizin inkişafına töhfə verəcək. Bilirik ki, bu tipli universitet Orta  Asiya Respubliklarında müxtəlif  formalarda var. Hesab edirəm ki, Türkiyə-Azərbaycan Universiteti Orta Asiya Respublikalarının  universitetləri ilə də təhsil əlaqələrimizin inkişafına xüsusi töhfə verəcək”,

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok