O qeyd edib ki, Ermənistan və Ukrayna arasındakı münasibətlər hər zaman olduğu kimi bundan sonra da normal qalacaq.
Xatırladaq ki, Ukrayna XİN rəsmi nümayəndəsi Yevgeni Perebiynis bəyan edib ki, Ermənistan və Belarusun mövqeyi Ukraynanı çox təəssüf edib. O açıqlamasında Kiyevin bu ölkələr ilə münasibətlərinə yenidən baxılacağını istisna etməyib.
Qeyd edək ki, Ukraynanın ərazi bütövlüyü haqqında qətnamənin qəbul olunmasına Azərbaycan da daxil olmaqla 100 ölkə, əleyhinə Ermənistan və Belarus da daxil olmaqla 11 ölkə səs verib. Özbəkistan və Qazaxıstan da daxil olmaqla 58 ölkə bitərəf qalıb. /apa.az/
Modern.az