Modern.az

İŞİD 200 uşağı 20 saniyəyə güllələyib - VİDEO

İŞİD 200 uşağı 20 saniyəyə güllələyib - VİDEO

Təhsil

10 Noyabr 2015, 09:52

İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatı 200 suriyalı uşağın gülləbaran edilməsini əks etdirən görüntüləri yayıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, İŞİD-in sosial media qanadının yaydığı iddia edilən videoda səhrada üzü üstə yan-yana yatırdılaraq düzülən müxtəlif yaşlardakı uşaqlar, arxalarında gözləyən silahlı terrorçular tərəfindən öldürülür.

Amerika mətbuatında yer alan xəbərin 20 saniyə davam edən videosunda ortalıq qan gölünə dönərkən, silah səsləri ilə uşaqların qışqırıqları bir-birinə qarışır.

Videonun 2014-cü ilin avqust ayında çəkildiyi, ancaq yeni yayıldığı öyrənilib.



Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et