Modern.az

İran səfirinin müavini Bakıda qəzaya düşüb

İran səfirinin müavini Bakıda qəzaya düşüb

Təhsil

11 Noyabr 2015, 14:45


İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin vəzifəli əməkdaşı Bakıda avtomobil qəzasına düşüb.

“Report”un xəbərinə görə, hadisə Xətai rayonunda baş verib.

Belə ki, Nobel prospektində Bakı şəhər sakini 1990-cı il təvəllüdlü İlkin Abdullayev idarə etdiyi “KİA” markalı avtomobillə İran səfirinin müavini, səfirliyin mədəniyyət müşaviri, 1974-cü il təvəllüdlü Əlirza Behbudinin idarə etdiyi səfirliyə məxsus “Peugeot Pars” markalı avtomobili arxadan vurub.

Nəticədə səfir müavininin idarə etdiyi avtomobil qarşıda hərəkət edən 1981-ci il təvəllüdlü Əsədulla Səmədovun sürdüyü BMW markalı avtomobilə dəyib. Qəza nəticəsində hər üç avtomobil əzilib, ağır xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Modern.az    

Whatsapp
Bizə yazın!
Keçid et