Modern.az

Ağstafada ağır qəza - Ölən və yaralanan var

 Ağstafada ağır qəza  - Ölən və yaralanan var

Təhsil

11 Noyabr 2015, 20:54

 

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə yolun Ağstafa rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İki “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində Tovuz rayon Əlibəyli kənd sakini, 1969-cu il təvəllüdlü Mahir Cəfərov ölüb, Tovuz rayon Aşağı Quşçu kənd sakinləri, 1975-ci il təvəllüdlü Sərdar Rüstəmiov və 1988-ci il təvəllüdlü Seymur Qasımov müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Yaralıların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?