Modern.az

Goranboyda qəza: bir nəfər öldü

Goranboyda qəza: bir nəfər öldü

Təhsil

12 Noyabr 2015, 09:20


Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Goranboy rayonunda "Niva" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş qüvvələri xilasetmə işlərinə başlamışlar.

Hadisə yerində "Niva" markalı minik avtomobilində olan sərnişin 1964-cü il təvəllüdlü Təhməzov Zeynal İmran oğlunun cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et