Modern.az

Almaniyada dəhşət: evdə 7 körpə cəsədi tapıldı

Almaniyada dəhşət: evdə 7 körpə cəsədi tapıldı

Təhsil

13 Noyabr 2015, 17:48

Almaniyanın Bavariya bölgəsində dəhşətli hadisə baş verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Vallenfes şəhərində yerləşən evlərdən birində 7 körpə cəsədi aşkar olunub.

Politilen paketlərlə örtülən cəsədlərin bəziləri bir neçə il bundan əvvəl ölən uşaqlara aiddir. Cəsədləri ekspertizaya göndərən Almaniya polisi evin sahiblərini dindirməyə başlayıb.

Qonşular həmin evdə ər-arvad, onlardan birinin təqaüdçü valideyni və uşaqlardan ibarət nümunəvi ailənin yaşadığını və baş verənlərdən şoka düşdüklərini deyiblər.

Ölən uşaqların 45 yaşlı anası bir müddət əvvəl əri ilə dalaşaraq evi tərk etdiyi üçün polis onun axtarışını aparır.      

Vüqar İsmayılov


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et